EURO 1,8566 NEFT 50,86
USD 1,7025 RUB 0,0299
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:21.04.2017 14:54:52

Məhkəmə Kollegiyası hökm çıxarmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, R. Əhmədov barəsində bəraət hökmü çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətininin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib. O, R. Əhmədova 10 illik həbs cəzası istəyib.

Sonra vəkil Adəm Məmmədov müdafiə nitqi ilə çıxış edib və hüquqlarını müdafiə etdiyi Rövşən Məmmədova bəraət hökmünün çıxarılmasını istəyib. O qeyd edib ki, təqsirləndirilən şəxsin günahsız olduğu məhkəmə araşdırmasından da açıq şəkildə görünür.

R. Əhmədovun digər vəkili Ülkər Yusifova da hüquqlarını müdafiə etdiyi şəxsə bəraət hökmünün çıxarılmasını istəyib: "Cinayət işində qızılların siyahısı ilə bağlı materiallara da rast gəlinmir".

Təqsirləndirilən R. Əhmədov son söz deyib. O, çıxışında günahsız olduğunu və zərərçəkmiş Çingiz Baxşıyevə məxsus qızılları mənimsəmədiyini deyib.

Məhkəmə Kollegiyası hökm çıxarmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub.

Hökmə əsasən, R. Əhmədov barəsində bəraət hökmü çıxarılıb. Məhkəmə onun təqsirsiz olduğu qənaətinə gəlib.O, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, R. Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı mənimsəmədə ittiham edilir. İttihama görə, o, Ç. Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını mənimsəyib.


Ziya Məmmədovun sabiq müşaviri məhkəmədə uduzdu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 179 naməlum şəhid məzarı müəyyən edilib - Dövlət Komissiyası
    “Son illərdə respublika ərazisində aparılmış monitorinqlər zamanı əsasən intensiv hərbi əməliyyatların getdiyi ərazilərə yaxın rayonlarda və digər yerlərdə 179 naməlum şəhid məzarı müəyyən edilərək qeydiyyata alınıb."
     27.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ