EURO 1,8492 NEFT 51,52
USD 1,7022 RUB 0,0305
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:20.04.2017 13:36:41

Ərdoğanın köməkçisi, xüsusi yazı işləri müdiri "Mavi Mərmərə" şəhidlərinə "manyak, radikal islamçılar" deməsindən sonra islamçılar sosial şəbəkələrdən etiraz etməyə başlayıblar

İslamazeri.com xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi, xüsusi yazı işləri müdiri Cem Küçük televiziyaların birindəki çıxışında "Mavi Mərmərə" şəhidlərinə "manyak, radikal islamçılar" deməsindən sonra islamçılar sosial şəbəkələrdən etiraz etməyə başlayıblar.

Cem Küçük çıxışı zamanı "Ərdoğanın radikal islamçılarla yolunu ayırmasının vaxtı gəldi, çatdı" deməsi də diqqət şəkir. Belə ki, istər ölkə müxalifəti, istərsə də dünyada Ərdoğan əleyhdarlarının Ərdoğanın radikal islamçı (Nusra, Əl Qaidə, Əhrar..) kimi təqdim olunan qruplaşmalarla əlaqə iddialarını Küçük bu açıqlaması ilə təsdiq etmiş olur.


Hökümətə yaxın Ömər Adıyaman isə bu açıqlamadan sonra Cem Küçüklə bağlı şok iddia irəli sürüb: "Cem Küçük "Zonquldaq FETÖ evlərində qalmış, bir dönəm FETÖ-nün əmrində xidmət etmişdi. FETÖ ilə əlaqəsindən sonra, qadınbazlığına görə o yolunu Adnan Oktara tərəf meyl salmışdı. Buradan Haber7-də köşə yazarlığına getmiş, ilk yazısında və yazılarında FETÖ liderini mədh etmişdi".

Baş nazir Yıldırım xüsusi yazı işləri müdiri Əbdülkərim Taş isə tvitter səhifəsindən sərt təpkilərini qeyd edib. O "Mavi Mərmərədəki manyaklar" ifadəsini istifadə edən hədsiz, sənin hədəfin nədir? Kimə xidmət edirsən?" - deyə yazıb. 



Ərdoğanın xüsusi yazı işləri müdiri "Mavi Mərmərə" şəhidlərinə "manyak" dedi və... VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mənzillərdən hostel və otel kimi istifadə olunmasına icazə verildi
    Deputatlar arasında fikir ayrılığı olub.
     25.04.2017
    Maşallah Əhmədovun məhkəməsində mübahisə düşüb
    Məhkəmədə M.Əhmədovun evinə həbs qoyulması istənilib.
     25.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ