EURO 1,8566 NEFT 50,86
USD 1,7025 RUB 0,0299
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:21.04.2017 10:18:13

Ötən gün Naxçıvan Avtomobil Zavodunda istehsalın dayandırılması ilə bağlı yayılan məlumata aydınlıq gətirilib.

“İslamazeri.com” Naxcivantv.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən bildirilib ki, “Naz Lifan” avtombillərinin istehsalının dayandırılması ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır:

“Belə ki, cari ilin ötən dövründə Naxçıvan Avtomobil Zavodunun istehsal sahəsində yenidənqurma işləri aparılıb, bu səbəbdən də istehsal prosesində planlaşdırılmış fasilə yaranmışdı. 2017-ci ilin birinci rübündə müəssisə tərəfindən “Naz Lifan 820” və “Naz Lifan 620” modellərinin satışı həyata keçirilib. Əgər zavodda 2010-cu ildə 4 modeldə avtomobil istehsal olunurdusa, hazırda 15 modeldə “NAZ-Lifan” avtomobili istehsal edilir. Müəssisə tərəfindən avtomobillərin xarici ölkələrə ixracının genişləndirilməsi istiqamətində də iş aparılır”.

Qeyd edək ki, deputat Vahid Əhmədov yerli mətbuata açıqlamasında bildirmişdi ki, zavodda satış olmadığına görə istehsal dayandırılıb.


“NazLifan”nın istehsalı dayandırması ilə bağlı açıqlama - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 179 naməlum şəhid məzarı müəyyən edilib - Dövlət Komissiyası
    “Son illərdə respublika ərazisində aparılmış monitorinqlər zamanı əsasən intensiv hərbi əməliyyatların getdiyi ərazilərə yaxın rayonlarda və digər yerlərdə 179 naməlum şəhid məzarı müəyyən edilərək qeydiyyata alınıb."
     27.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ