EURO 1,8492 NEFT 51,52
USD 1,7022 RUB 0,0305
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:21.04.2017 15:17:37

Forbes.ru Rusiyada yaşayan ən varlı 200 iş adamının siyahısını açıqlayıb.

Siyahıya qaz, neft-kimya sahəsi üzrə biznesmen Leonid Mixelson başçılıq edir. Onun 18,4 milyard dollar sərvəti var.

Qara metallurgiya, maşınqayırma, turizm sahələri üzrə biznesmen Aleksey Mordaşov 17,5 milyard dollarla ikinci, metallurgiya, nəqliyyat sahəsi üzrə biznesmen Vladimir Lisin 16,1 milyard dollarla üçüncüdür.

Siyahıya nəzər salanda məlum olur ki, azərbaycanlı biznesmen, "Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov Rusiyanın ən varlı 200 biznesmeni arasında 6-cı yer tutub. Təqdim olunun siyahıda Vahid Ələkbərovun 14,5 milyard dollar sərvətinın olduğu qeyd edilir.

Siyahıda daha iki azərbaycanlı milyarderin adı keçir.

Daşınmaz əmlak və ticarət üzrə azərbaycanlı biznesmen Araz Ağalarov 1,7 milyard dollar sərvətlə 51-ci yerdədir.

İnvestisiya sektoru üzrə azərbaycanlı biznesmen Fərhad Əhmədov isə 67-ci sıradadır. Onun 1,3 milyard dollar sərvəti olduğu bildirilir.

Qeyd edək ki, Rusiyanın 200 ən varlı biznesmeni arasında 6 erməni yer alır.

BakiPost


Ən varlılar siyahısında 3 azərbaycanlı - SİYAHI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mənzillərdən hostel və otel kimi istifadə olunmasına icazə verildi
    Deputatlar arasında fikir ayrılığı olub.
     25.04.2017
    Maşallah Əhmədovun məhkəməsində mübahisə düşüb
    Məhkəmədə M.Əhmədovun evinə həbs qoyulması istənilib.
     25.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ