EURO 1,8566 NEFT 50,86
USD 1,7025 RUB 0,0299
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:20.04.2017 16:56:50

Strateji Mədəniyyət Fondu kürdlərin müstəqilliyi ilə bağlı yayımladığı analizdə, "hər nə qədər gələcək iki il içərisində bir Kürd dövləti görməyimiz mümkün olsa da, bu, İraq kürdləri arasındakı tarixi münaqişələrin həll olunacağı anlamına gəlməyəcək.",- deyə qeyd edilib.

İslamazeri.com xəbər verir ki, Strateji Mədəniyyət Fondunun (Strategic Culture Foundation) yayımladığı analizdə, İraq Kürdüstanında müstəqil bir Kürd Dövləti qurulması ehtimalını qiymətləndirib. Bu təhlildə müstəqil bir Kürd Dövləti qurulması ehtimalı rədd edilməyib və hətta İraqda müstəqil bir kürd dövlətinin BMT tərəfində də rəsmi olaraq tanına biləcəyinə toxunulub.

Amma bu təhlilin müəllifi Aleks Qorka Yaxın Şərqin siyasi sərhədlərində müstəqil yeni bir dövlətin yaranması halında, İraq kürdləri arasındakı tarixi münaqişələrə, Demokrat Partiya və Vətənpərvərlər Birliyi olmaqla iki partiyanın yaradılmasına, İraqın bu bölgəsində gücü ələ keçirmək üçün bu iki partiya arasındakı tarixi münaqişəyə toxunaraq, müstəqil bir kürd dövləti yaranmasının onlar arasındakı münaqişələri sonlandırmayacağını düşündüyünü bildirib.

Qorka yazısına belə davam edib: "Hazırda Demokrat Partiya və Vətənpərvərlər Birliyi birləşmiş vəziyyətdədir, amma gələcəkdə Dəyişiklik Hərəkatının müxalifləri ilə qarşı-qarşıya qalacaqlar. Bu hərəkat İŞİD ilə müharibə bəhanəsi ilə Məsud Barzaninin Kürdüstan Bölgəsindəki rəhbərliyinin uzadılmasına qarşıdır.

Analitik həmçinin, regionda mürəkkəb bir vəziyyətin hakim olması səbəbiylə, bütün kürdlərin müstəqil bir kürd dövlətinin qurulmasını qəbul etmədiklərini bildirib.


Kürdüstanın müstəqilliyi İraq kürdlərinin münaqişələrini sonlandıra bilməz

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 179 naməlum şəhid məzarı müəyyən edilib - Dövlət Komissiyası
    “Son illərdə respublika ərazisində aparılmış monitorinqlər zamanı əsasən intensiv hərbi əməliyyatların getdiyi ərazilərə yaxın rayonlarda və digər yerlərdə 179 naməlum şəhid məzarı müəyyən edilərək qeydiyyata alınıb."
     27.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ