EURO 1,8566 NEFT 50,86
USD 1,7025 RUB 0,0299
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:20.04.2017 16:52:39

Qırğızıstanda yeni və gözəl toy ənənəsi populyarlıq qazanmağa davam edir.

İslamazeri.com-un islam mediasına istinadən verdiyi xəbərə əsasən, Qırğızıstandan olan və yenicə toyları olmuş bəy və gəlin təmtəraqlı və gurultulu toyun yerinə pullarını xeyriyyəçiliyə xərcləyiblər. Onlar ata və ana qayğısından məhrum olmuş uşaqlar üçün bayram tədbiri təşkil edərək, onlara qiymətli hədiyyələr veriblər.

Dindar bəy və gəlin  toylarından sədəqə vermək üçün bir "bəhanə" kimi istifadə ediblər.

Qeyd etmək lazımdır ki, bu, toy zamanı israfçılıq və lazımsız ifratçılıqdan imtina etmiş ilk cütlük deyil. Xeyriyyəçi “toy” estafeti Qırğızıstanda surətli şəkildə populyarlıq qazanır. Çünki bir çox insanlar həqiqətən yardıma ehtiyyacı olan insanlara kömək etməyin nə dərəcədə mühüm olduğunu anlayır.

Belə ki, 2016-cı ilin oktyabr ayında Qırğızıstanın sərbəst güləş üzrə kubokunun sahibi Arzubek Karıbekovun gələcək həyat yoldaşı ondan mehriyyə kimi uşaqlar evindəki yetimləri dadlı yeməklərə qonaq etməyi istəyib. Müsəlman gənc, xanımının bu istəyinə tam cavabdehliklə yanaşaraq, Cəlalabad şəhərindəki uşaqlar evlərindən birində uşaqlar üçün əsl bayram təşkil edib. Həmin tədbir zamanı uşaqlar pizzalara, dondurmalara və müxtəlif dadlı təamlara qonaq edilməklə yanaşı, onlar üçün də xüsusi əyləncəvi proqram da təşkil edilib.

Qeyd etmək lazımdır ki, gənc cütlük öz ovladlarının hər ad günündə evsizlərin qarınlarını doyurur, fiziki qüsurlulara yardım edir, ata-anasız uşaqlara paltar, məktəb ləvazimatı və kitablar hədiyyə edirlər. Onların sözlərinə görə, ölkədə həddən çox sosial problemlər var, və əgər hər bir şəxs bu məsələlərə laqeyd və etinasız yanaşmasa, o zaman onların sayı ciddi şəkildə azalacaq.


Gəlin ərindən qeyri-adi mehriyyə tələb etdi - GENİŞ - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 179 naməlum şəhid məzarı müəyyən edilib - Dövlət Komissiyası
    “Son illərdə respublika ərazisində aparılmış monitorinqlər zamanı əsasən intensiv hərbi əməliyyatların getdiyi ərazilərə yaxın rayonlarda və digər yerlərdə 179 naməlum şəhid məzarı müəyyən edilərək qeydiyyata alınıb."
     27.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ