EURO 1,8566 NEFT 50,86
USD 1,7025 RUB 0,0299
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:20.04.2017 15:53:40

Bankların sayının azalması və ya azaldılması məsələsi yenidən gündəmdədir.

"Azərbaycanda yaxın müddətdə bankların sayı 20-dək azalacaq".

İslamazeri.com-un xəbərinə görə, bunu iqtisadçı Vüqar Bayramov bildirib. Apardıqları monitorinqlərinə əsasən, Bayramov hazırda öz funksiyalarını tam yerinə yetirə bilməyən banklar fəaliyyət göstərdiyini qeyd edib. 

"Əvvəlki illərdə proqnozlaşdırdığımız kimi, Azərbaycanda yaxın müddətdə bankların sayı 20-dək azalacaq. Təbii ki, prosesdə vətəndaşların ziyan çəkməməsi üçün sığortalanmayan əmanətlərin ödənilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac var" - iqtisadçı bildirib.

Ekspert vurğulayıb ki, son müflisləşən 10 bankda sığortalanmayan əmanətlərin verilməsi ilə bağlı çətinliklər qalmaqdadır: "Doğrudur, sığortalanan əmanətlərin qaytarılmasında problemlər yoxdur. Amma sığortalanmayan əmanətlərin verilməsi, eləcə də bank rəhbərlərinin məsuliyyət və öhdəliklərinin gücləndirilməsi ilə bağlı yeni mexanizmlərin işlənib tətbiq edilməsinə ehtiyac var".

Vüqar Bayramov bankların sayının azalması prosesinin ağrısız olması üçün bankların müflisləşməsini deyil, konsolidasiyasının təşviq edilməsinin vacibliyini qeyd edib.

Xatırladaq ki, bundan öncə iqtisadçı Samir Əliyev də bankların sayının azalacağı barədə proqnoz vermişdi.

 

İslamazeri.com


"Azərbaycanda bankların sayı azalacaq"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 179 naməlum şəhid məzarı müəyyən edilib - Dövlət Komissiyası
    “Son illərdə respublika ərazisində aparılmış monitorinqlər zamanı əsasən intensiv hərbi əməliyyatların getdiyi ərazilərə yaxın rayonlarda və digər yerlərdə 179 naməlum şəhid məzarı müəyyən edilərək qeydiyyata alınıb."
     27.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ